Epşteynin uşağı olduğu məlum oldu, Daily Mail yazdı
Britaniyanın Daily Mail qəzeti yazır ki, qalmaqallı milyarder Ceffri Epşteyn böyük ehtimalla ata olub. Nəşr bu barədə ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi sənədlərə istinad edib.
Məlumata görə, Epşteyn sağlığında qurbanlardan birindən uşağı olduğunu deyirdi. Onun Nyu-Yorkdakı malikanəsində Epşteynin uşağının anası adlandırdığı sarı saçlı qadının fotosu asılı olub.
Epşteyn bu qadını “ideal” adlandırırdı və hətta Manhettendəki evində onun bədəninin heykəltəraşlıq qəlibini hazırlatmışdı.
Bununla belə, milyarderin qardaşı Mark Epşteyn dəfələrlə onun heç vaxt uşağı olmadığını bildirib. Lakin nəşr yazır ki, Epşteynin bəzi qadınlardan onun uşağını dünyaya gətirmələrini xahiş etdiyini göstərən məlumatlar da mövcuddur.
Dərc olunan sənədlərdə Epşteynin Nyu-Yorkdakı evində bir qadını qucaqladığı, qadının isə qucağında körpə tutduğu fotoşəkil də aşkarlanıb.
Bundan əlavə, Epşteynin öz DNT-si vasitəsilə yeni insan irqi yaratmaq ideyasına obsesiv şəkildə maraq göstərdiyi də bildirilir.