Qüds ətrafında raket zərbəsi altı nəfərin həyatına son qoydu
İranın raket atəşi nəticəsində bazar günü Qüds ətrafında altı nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Bu barədə The Jerusalem Post məlumat yayıb.
Nəşrin yazdığına görə, hadisə yerində 30 təcili tibbi yardım briqadası və xilasedicilər çalışır. Yaralıların təxliyəsi üçün helikopter cəlb olunub.
İsrail Müdafiə Ordusu (SAXAL) isə əhaliyə raket təhlükəsi barədə xəbərdarlıq sisteminin normal rejimdə işlədiyini açıqlayıb.