ABŞ-ın Ukrayna münaqişəsini bitirməkdə məqsədi nədir?
ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib ki, Ukrayna münaqişəsinin nizamlanmasına real təsir göstərə bilən yeganə tərəf Birləşmiş Ştatlardır, çünki Vaşinqton eyni vaxtda bütün tərəflərlə dialoq aparır. Çıxış ABŞ Dövlət Departamentinin YouTube kanalında yayımlanıb.
“Bunu yalnız biz bacarırıq. Əgər ABŞ prosesdə olmasaydı, heç kim hər iki tərəflə danışıqlar aparmazdı”, — deyə Rubio vurğulayıb.
Onun sözlərinə görə, BMT bu rolu yerinə yetirə bilmir, Avropada isə belə imkan yoxdur.
Rubio qeyd edib ki, son qərarı Vaşinqton yox, Moskva və Kiyev verəcək. ABŞ administrasiyası sülh prosesində məhz bu prinsipdən çıxış edir.
“Münaqişələr ya kapitulyasiya, ya da diplomatik razılaşma ilə bitir. Biz heç bir tərəfin kapitulyasiya edəcəyini gözləmirik”, — deyə dövlət katibi bildirib və əlavə edib ki, ABŞ danışıqlara üstünlük verir.