Tramp narkotiklərlə müharibədə yeni mərhələni elan etdi
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, amerika hərbçiləri Latın Amerikasındakı narkokartellərə qarşı quru əməliyyatlarına başlayacaq.
Denmedia.az xəbər verir ki, Ağ Evdə çıxışı zamanı Tramp bildirib ki, dəniz marşrutları ilə ABŞ-a narkotik qaçaqmalçılığının həcmi 94 faiz azalıb. Onun sözlərinə görə, bununla əlaqədar olaraq hakimiyyət orqanları quruda aparılan fəaliyyətlərə fokuslanmaq niyyətindədir.
“Biz onlara qarşı quruda zərbələr endirməyə başlayacağıq — bu, açığı, daha asandır. Lakin onlar Amerika Birləşmiş Ştatları üçün birbaşa hərbi təhdid yaradırlar. Onlar ölkəmizi narkotiklərlə doldurmağa çalışırlar,” — deyə ABŞ prezidenti bildirib.