NATO-dan imtina sülhə yol aça bilərmi? Almaniya naziri danışdı
Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Rusiya Ukraynanın NATO-ya üzvlükdən imtinasını qəbul edə bilər.
Bu barədə Almaniyanın Bild nəşri yazır.
Onun sözlərinə görə, Moskva anlamalıdır ki, Avropa Ukraynaya dəstəyini bundan sonra da davam etdirəcək. Vadeful vurğulayıb ki, bu yanaşma Ukraynaya danışıqlarda ən əlverişli mövqeləri əldə etməyə imkan verə bilər.
Nazir 9 dekabr tarixində isə Ukrayna münaqişəsinin nizamlanması üzrə hazırkı sülh danışıqlarının uğurla nəticələnəcəyinə şübhə etdiyini bildirib. O, sənəd üzərində ciddi iş aparılmasını müsbət qarşıladığını desə də, danışıqlar irəlilədikcə digər məsələlərin daha tənqidi və həlledici xarakter aldığını qeyd edib.