Trampın 4 hissəli sülh planı: Ukraynanın gələcəyi yenidən yazılır
Ukrayna lideri Vladimir Zelenski Avropa ölkələrinin rəhbərləri ilə birlikdə ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna üzrə sülh planını müzakirə etmək üçün birgə telefon danışığı keçirməyi planlaşdırır. Bu barədə Axios portaı mənbələrə istinadən yazır.
«Zelenski və avropalılar Tramp ilə birgə telefon danışığı aparmaq istəyirlər, lakin danışığın tarixi hələ müəyyən edilməyib», — deyə Ağ Ev nümayəndəsi və prosesə bələd mənbə bildirib.
Portala görə, ABŞ, Ukrayna və Aİ 13 dekabrda Trampın sülh planı üzrə görüş keçirəcək.
ABŞ-ın yenilənmiş sülh planı dörd sənəddən ibarətdir. Bu sənədlərə 20 maddəlik saziş, Ukrayna üçün təhlükəsizlik təminatları, ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyünə dair öhdəlikləri, eləcə də ayrı bir ABŞ–Rusiya sazişi daxildir.
Plana həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının 800 minə qədər məhdudlaşdırılması, Ukraynanın 2027-ci ilə qədər Aİ-yə daxil olması, təhlükəsizlik zəmanətləri, saziş imzalandıqdan dərhal sonra seçkilərin keçirilməsi, ölkənin bərpası və digər müddəalar daxildir.