Moskva–Vaşinqton danışıqları: sülh planında əsas düyün — ərazi məsələsi
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi ABŞ prezidenti Donald Tramp administrasiyasının təklifləri əsasında ciddi işləməkdə maraqlıdır. Bu barədə RIA Novosti məlumat yayıb.
Rusiya və ABŞ arasında danışıqlar 2 dekabrda Kremlində keçirilib. Görüş zamanı tərəflər ABŞ-ın irəli sürdüyü sülh planı üzrə kompromisə gələ bilməyiblər. Prezidentin köməkçisi Yuri Uşakov qeyd edib ki, əsas maneə ərazi məsələsi olaraq qalır, baxmayaraq ki, Amerika təkliflərinin bir hissəsi “az-çox qəbul edilə bilən” görünür.