Azərbaycan internet sürətinə görə Rusiyanı və Ermənistanı qabaqladı
Azərbaycan Speedtest Global Index reytinqində internet sürətinə görə Rusiya və Ermənistanı geridə qoyub.
Açıqlanan məlumatlara əsasən, Azərbaycan sabit internet sürətinə görə dünyada 81-ci yerdə qərarlaşıb. Ölkədə orta sürət 91.37 Mbit/s təşkil edir.
Rusiya 91.29 Mbit/s ilə 82-ci pillədə, Ermənistan isə 84.16 Mbit/s ilə 91-ci yerdə yer alıb.
Mobil internet reytinqində isə Azərbaycan 95.43 Mbit/s sürətlə 50-ci yerdə qərarlaşıb. Ermənistan 77.50 Mbit/s ilə 60-cı yerdədir, Rusiya isə bu siyahıya daxil edilməyib.