Peruda prezident seçkilərinin qalibi rəsmən elan edildi
Perunun mühafizəkar “Xalq Gücü” partiyasının lideri Keyko Fuximori prezident seçkilərinin ikinci turunun qalibi elan edilib.
Bu barədə Perunun Milli Seçki Məhkəməsinin sədri Roberto Burneo açıqlama verib.
“Konstitusiyanın müvafiq bəndlərinə və seçki hüququna əsasən, ‘Xalq Gücü’ partiyasının namizədlərini 2026-cı il üçün ölkənin prezidenti və vitse-prezidentləri seçkilərinin qalibi elan edirəm”, — deyə o bildirib.
Yekun təsdiqlənmiş nəticələrə əsasən, Fuximori seçicilərin 50,1 faizinin, solçu “Peru naminə birlikdə” partiyasının namizədi Roberto Sançes isə 49,8 faizinin səsini qazanıb.
Fuximorinin administrasiyasında birinci vitse-prezident Luis Velarde, ikinci vitse-prezident isə Migel Morales olacaq.
Onlar 2026-2031-ci illərdə dövlət səlahiyyətlərini icra edəcəklər.
Qeyd edək ki, Peruda prezident seçkilərinin ikinci turu iyunun 7-də keçirilib.