İspaniyada qatar faciəsi böyüyür: Ölənlərin sayı 74-ə çatdı
İspaniyada iki yüksəksürətli qatarın toqquşması nəticəsində həyatını itirənlərin sayı 74 nəfərə çatıb.
Hadisə Toledo əyalətində, Madrid–Əndəlüs dəmir yolu xəttində baş verib. Qəzada çox sayda insan xəsarət alıb.
Faciədən sonra İspaniya Kralı VI Felipe və Kraliça Letisiya bütün rəsmi proqramlarını ləğv edərək Toledo Universitet Xəstəxanasına gediblər. Onlar yaralılarla və həlak olanların yaxınları ilə görüşüblər.
Kral Felipe hadisəni “dəhşətli qəza” adlandıraraq həyatını itirənlərin ailələrinə başsağlığı verib.
İspaniyada üç günlük ümummilli matəm elan olunub. Kral sarayı da faciə ilə əlaqədar rəsmi tədbirlərini müvəqqəti dayandırıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.