Dua Lipanın qəribə dad zövqü: Kolaya turşu suyu, dondurmaya zeytun yağı!
Dünya şöhrətli müğənni Dua Lipa qeyri-adi yemək və içki seçimləri ilə diqqət çəkib.
Məşhur ifaçı şəkərsiz kolaya turşu suyu və xalapenyo bibəri əlavə edərək içir. O, vanilli dondurmanı isə zeytun yağı ilə yeməyə üstünlük verir.
Şirin, duzlu, turş və acı dadları bir araya gətirməyi sevən Dua Lipanın bu qeyri-adi qarışıqları onun fərqli dad zövqünü ortaya qoyur.
