Milli Məclis Azərbaycanın Metrik Konvensiyaya qoşulmasını təsdiqlədi
Milli Məclis Azərbaycanın Metrik Konvensiyaya qoşulması haqqında qanun layihəsini ratifikasiya edib.
Sənəd parlamentin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Metrik Konvensiya beynəlxalq səviyyədə ölçü sisteminin vahidliyini təmin edən və qlobal standartlaşdırmanın əsasını qoyan tarixi beynəlxalq sazişdir.
Konvensiya 1875-ci il mayın 20-də Parisdə 17 dövlətin nümayəndəsi tərəfindən imzalanıb.