XİN İsrailin qondarma “erməni soyqırımı” ilə bağlı qərarına münasibət bildirdi
Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarının ciddi narahatlıq doğurduğunu bəyan edib.
Nazirlikdən bildirilib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətin təhrif edilməsi, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsası olmayan siyasi qərarların predmetinə çevrilməsi qəbuledilməzdir.
“Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya töhfə vermir. Əksinə, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə səbəb olur və regionda dayanıqlı sülhə, razılığın əldə olunmasına yönəlmiş səylərə maneə yaradır.
İsrail hökumətini qəbul edilmiş qərara yenidən baxmağa çağırırıq. Azərbaycan bundan sonra da tarixi həqiqətin, beynəlxalq hüququn prinsiplərinə hörmətin müdafiəsi və regionda möhkəm sülhün gücləndirilməsi istiqamətində ardıcıl mövqe nümayiş etdirəcək”, — deyə XİN-in bəyanatında qeyd olunub.