Konqoda Ebola qurbanlarının sayı nə qədər artdı?
Konqo Demokratik Respublikasında Ebola qızdırmasından ölənlərin sayı 893 nəfərə çatıb.
Bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.
Rəsmi qiymətləndirməyə görə, virusdan ölüm səviyyəsi 39,4% təşkil edir.
Hakimiyyətin məlumatına əsasən, ölkənin beş əyalətində ümumilikdə 2267 yoluxma halı təsdiqlənib. Onlardan 444 nəfər sağalıb.
Həmçinin 722 nəfərin karantində olduğu və ya tibb müəssisələrində müalicə aldığı bildirilir.