Yusif Eyvazov yayılan şayiələrə görə nazirliyə çağırıldı
Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb.
DenMedia.az report.az-a istinadla xəbər verir ki, buna səbəb son günlər Opera və Balet Teatrının bəzi əməkdaşlarının rəhbərliklə bağlı narazılıqlarıdır.
Yusif Eyvazovla nazirlikdə bu məsələlər ətrafında müzakirə aparılıb.