“Cinsin xaç atası” Adriano Goldşmid vəfat etdi
Məşhur Diesel brendinin qurucularından biri, italiyalı dizayner Adriano Goldşmid 83 yaşında vəfat edib. Bu barədə WWD nəşri məlumat yayıb.
Dizayner moda dünyasında “cinsin xaç atası” kimi tanınırdı.
Diesel brendinin həmtəsisçisi Renzo Rosso sosial şəbəkədə onunla vidalaşaraq yazıb:
“Əlvida, ilk rəhbərim. Mənim mentorum.”
Adriano Goldşmid dizayner karyerasına 1970-ci illərdə başlayıb. 1974-cü ildə Daily Blue cins brendini yaradıb, 10 il sonra isə Diesel və Replay kimi markaları birləşdirən Genious Group şirkətini təsis edib.

1993-cü ildə Agolde brendinin həmtəsisçisi olub, 2000-ci ildə isə Los-Ancelesdə AG Adriano Goldschmied markasını yaradaraq cinsləri premium məhsul səviyyəsinə yüksəldənlərdən biri kimi tanınıb.
O, həmçinin Chloé ilə denim təkrar emalı sahəsində əməkdaşlıq edib və Gap üçün “1969” adlı premium xətti yaradıb.