“Haradasan? Kiminləsən?” — dağıdıcı qısqanclığın psixologiyası
Partnyoru hər addımda nəzarətdə saxlamaq sonda onu özünü sevilməyən hiss etməyə məcbur edir. Bunu NEWS.ru-ya Sankt-Peterburq Psixiatriya Xəstəxanasının həkimi Alina Popoviç bildirib. Onun sözlərinə görə, qısqanclıq sevginin deyil, daxili narahatlığın və tərk edilmə qorxusunun təzahürüdür.
Popoviç vurğulayıb:
“Nəzarət və israrçı qısqanclıq sevgi yox, ‘məni atacaqlar’ qorxusudur. Qorxu nə qədər güclüdürsə, nəzarət bir o qədər sərtləşir: ‘Haradasan?’, ‘Niyə cavab vermədin?’, ‘Kiminləsən?’. Bu nəzarət yalnız bir anlıq rahatlıq gətirir, amma ağrının mənbəyi içəridədir.”
Həkimin sözlərinə görə, nəzarət altında olan insan özünü sevilən deyil, nəzarət edilən obyekt kimi hiss edir. Nəticədə hər iki tərəfdə etibar dağılır: biri sübut etməkdən yorulur, digəri isə təsdiq axtarmaqdan.
Popoviç əlavə edib ki, dağıdıcı qısqanclığın öhdəsindən gəlmək üçün insan öz üzərində ciddi işləməlidir. Çünki qısqanclıq “güclü hisslər”in yox, daxili qeyri-sabitliyin əlamətidir.
O bildirib:
“Qısqanclıq ‘səni sevirəm’ demir, ‘sənsiz qorxuram’ deyir. Buraxmaq sevməmək deyil — insanın mülkiyyət olmadığını qəbul etməkdir. Yanında qalırlar, çünki istəyərlər, yoxsa məcbur olduqları üçün yox.”
Popoviçin sözlərinə görə, bu vəziyyətdən çıxış yolu — psixoterapiya, özünlə dürüst dialoq və daxili dayaq mexanizmlərinin bərpasıdır.