Aİ Rusiyanın 7 təşkilatını “qara siyahı”ya saldı
Avropa İttifaqı Rusiyadan 16 şəxs və yeddi təşkilatı qara siyahıya salıb, Aİ Şurası bildirib. Xüsusilə, məhdudiyyətlər Rusiya Müdafiə Nazirliyinin Naximov Hərbi Dənizçilik Məktəbini və DOSAAF-ın Sevastopol regional bölməsini hədəf alıb.
Siyahıya həmçinin Yevpatoriyadakı "Qırmızı Yelkənlər", Tuapsedəki "Orlyonok" ümumrusiya uşaq mərkəzləri və digər müəssisələr də daxildir. Artıq Avropa şirkətlərinə və ictimai təşkilatlara bu hüquqi şəxslərlə hər hansı maliyyə münasibətləri saxlamaq qadağandır. Onların AB banklarındakı aktivləri (əgər aşkarlanarsa) dondurulacaq.