Azərbaycanda dörd ayda 368 kibertəhdid qeydə alındı
Azərbaycanda bu ilin yanvar-aprel aylarında dövlət qurumlarına qarşı yönəlmiş 368 kibertəhdid indikatoru (IOC) aşkarlanıb.
Bu barədə Dövlət Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azdır.
Aşkarlanan kibertəhdidlərin 264-ü daxili araşdırmalar zamanı, 107-si isə dövlət qurumlarının təqdim etdiyi insident məlumatlarının təhlili nəticəsində müəyyən edilib.
Məlumata görə, bütün təhlükələr vaxtında bloklanıb.
Qeyd olunub ki, təkcə aprel ayında 94 kibertəhdid qeydə alınıb.
Bu isə ötən ilin aprel ayı ilə müqayisədə 16 faiz çoxdur.