Tehran neft sanksiyalarının ləğvini tələb etdi
İran mümkün razılaşmadan sonra 30 gün ərzində neftinin ABŞ sanksiyalarından çıxarılmasını tələb edib.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, bu şərtlər Vaşinqtonla mümkün razılaşmanın müzakirəsi zamanı irəli sürülüb.
Tehran həmçinin dondurulmuş aktivlərinin açılmasını və limanlara tətbiq edilən dəniz blokadasının ləğvini tələb edir.
Bildirilir ki, tərəflər arasında vasitəçilərin iştirakı ilə danışıqlar davam edir və proses hələ müzakirə mərhələsindədir.