Tərtərdə FACİƏ: 2 yaşlı uşaq binadan yıxılıb öldü
Tərtərdə azyaşlı binadan yıxılıb.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
2 yaşlı Murad Elman oğlu Abbaslı yaşadığı 4-cü mərtəbədəki evin eyvanında ehtiyatsızlıqdan yıxılıb. Uşaq xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Araşdırma aparılır.