Qonşular görüb ki, adam içəri keçən kimi qışqırıq düşüb-Xırdalandakı dəhşətli qətllə bağlı hadisə şahidi danışdı-VİDEO
Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.
Denmedia.az xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksinin 19 saylı binasında baş verib.
İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb. Qonşuların verdiyi məlumata görə, hadisə səhər saatlarında mərhumun yaşadığı evdə baş verib. Evə gələn şəxs qapını açan kimi mübahiyə başlayıb və cibində gəzdirdiyi bıçaqla Ruhinə xəsarətlər yetirib.
Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.
DİN-dən verilən məlumata görə, Xırdalan şəhərində 1989-cu il təvəllüdlü Ruhin Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
nizami