Tehranın 6 milyard dolları geri qayıdır
İran və Qətər əmirlikdə dondurulmuş 12 milyard dollarlıq İran aktivlərinin 6 milyard dollarının açılması barədə razılığa gəlib.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, Tehran bununla kifayətlənməyəcək və qalan vəsaitin də ölkəyə qaytarılması istiqamətində iş davam etdirilir. Məlumatı İran prezidentinin mətbuat xidməti yayıb.
“Qətərdə olan ümumi 12 milyard dollarlıq İran vəsaitinin 6 milyard dolları açılacaq və ölkəyə qaytarılacaq. Həmin vəsaitin qalan hissəsinin də geri qaytarılması üçün zəruri işlər davam etdirilir”, — deyə Pezeşkian bildirib.