Britaniya–ABŞ memorandumu: Rusiya nüvə yanacağına tam alternativ qurulur
Böyük Britaniya və ABŞ 2028-ci ilə qədər mülki energetikada Rusiyadan nüvə yanacağı idxalını tam dayandırmaq barədə razılığa gəliblər. Bu öhdəliklər sentyabr ayında tərəflər arasında imzalanmış Anlaşma Memorandumunda əksini tapıb.
DenMedia.az xəbər verir ki, məlumatı TASS yayıb.
Sənədə əsasən, iki ölkə müasir nüvə yanacağı üçün təhlükəsiz və etibarlı təchizat zənciri yaratmağı planlaşdırır. Enerji sahəsində əməkdaşlıqla yanaşı, tərəflər süni intellekt və kvant texnologiyaları üzrə tərəfdaşlığı da gücləndirməyə razılaşıblar.
Memorandumun məqsədi belə şərh olunur:
“Hər iki ölkə üçün müasir nüvə yanacağının təhlükəsiz və etibarlı təchizat zəncirinin təmin edilməsi və 2028-ci ilə qədər Rusiyanın nüvə yanacağından tam asılılığın aradan qaldırılması.”