Qaz təchizatı ilə bağlı qanun qüvvəyə mindi
“Qaz təchizatı haqqında” Qanun qüvvəyə minib.
“Denmedia.az” xəbər verir ki, Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərmanı imzalayıb.
Bu Qanun qaz təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunur.
Qanuna əsasən, qazdan istifadə qaydaları hazırlanacaq.
Nazirlər Kabineti qazdan istifadə qaydalarını hazırlayıb 9 ay ərzində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinə bu müddət ərzində qaz təchizatı sisteminə dair qaydaları hazırlamaq da tapşırılıb.
nizami