İslam Bazarqanov Avropa çempionatında finala yüksəldi
Azərbaycanlı sərbəst güləşçi İslam Bazarqanov Avropa çempionatının finalına yüksəlib.
Albaniyanın paytaxtı Tiranada keçirilən yarışda 57 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcü rəqibi Roberti Dinqaşvilini 11:1 hesabı ilə məğlub edib.
Eyni zamanda, digər Azərbaycan güləşçisi Cəbrayıl Hacıyev (79 kq) də yarımfinal görüşünə çıxacaq.
Bundan əlavə, bu gün üç azərbaycanlı qadın idmançı bürünc medal uğrunda mübarizə aparacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Sultanova (65 kq) üçüncü yer uğrunda yarışacaq.