Pakistanda məhkəmədən həbsxanaya aparılan 14 məhkum firar etdi
Pakistanın paytaxtı İslamabad yaxınlığında yerləşən Ravalpindi rayonunun Kahuta bölgəsində 14 məhkum qaçıb.
Məlumata görə, məhkumlar bazar ertəsi məhkəməyə çıxarıldıqdan sonra yenidən həbsxanaya aparılarkən nəqliyyat vasitəsindən qaçıblar.
Polis hadisə ilə bağlı araşdırma aparıldığını və qaçan məhkumların axtarışının davam etdiyini bildirib.