Geri qayıt Çap et

Pakistanda məhkəmədən həbsxanaya aparılan 14 məhkum firar etdi

Pakistanın paytaxtı İslamabad yaxınlığında yerləşən Ravalpindi rayonunun Kahuta bölgəsində 14 məhkum qaçıb.

Məlumata görə, məhkumlar bazar ertəsi məhkəməyə çıxarıldıqdan sonra yenidən həbsxanaya aparılarkən nəqliyyat vasitəsindən qaçıblar.

İlkin polis hesabatına əsasən, məhkumlar maşının içində qəsdən öz aralarında süni dava salıblar.

Mühafizəçilər asayişi bərpa etmək üçün maşını yoxlayarkən, məhkumlar öncədən hazırladıqları istiot tozunu polislərin gözünə üfürərək onları tamamilə zərərsizləşdiriblər.

Hadisədən dərhal sonra əraziyə əlavə polis qüvvələri cəlb edilib və keçirilən "isti izlərlə" əməliyyat zamanı qaçanlardan 4 nəfəri yenidən yaxalanıb. 

Hazırda qalan 10 nəfərin tapılması üçün genişmiqyaslı axtarış-tutma əməliyyatı həyata keçirilir. 

Ravalpindi Polis İdarəsinin rəisi baş vermiş ciddi təhlükəsizlik boşluğu ilə bağlı daxili təhqiqat başladıb.

Hadisə vaxtı maşında olan 5 polis nəfəri barəsində xidməti araşdırma aparılır.

DenMedia.az