Bakıxanovda çoxmərtəbəli binada yanğın söndürüldü
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğınla bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirlikdən bildirilib ki, yanğın FHN əməkdaşları tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.