Sumqayıtda çoxmərtəbəli binada yanğın baş verdi
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
DenMedia.az yerli medialara istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən yaşayış binasının 16-cı mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb və alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində binanın sakinləri təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.