Quba rayonunun Xucbala kəndində 44 yaşlı Aytən Baxışeva dəm qazından zəhərlənərək vəfat edib.
DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə qadının yaşadığı evdə baş verib.
Bildirilib ki, Aytən Baxışeva yerli məktəbdə müəllimə işləyirdi və dörd uşaq anası idi.
Faktla bağlı araşdırma aparılır.