Geri qayıt Çap et

44 yaşlı müəllimə dəm qazından zəhərlənərək həyatını itirdi

Quba rayonunun Xucbala kəndində 44 yaşlı Aytən Baxışeva dəm qazından zəhərlənərək vəfat edib. 

DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə qadının yaşadığı evdə baş verib.

Bildirilib ki, Aytən Baxışeva yerli məktəbdə müəllimə işləyirdi və dörd uşaq anası idi.

Faktla bağlı araşdırma aparılır.