Ürəyi dayanan sürücü maşınla kanala düşdü
Siyəzən rayonunda avtomobil su kanalına aşıb.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb.
Şabran rayon sakini 72 yaşlı Feyruz Qasımovun idarə etdiyi “VAZ-2107” markalı, 10 MU 248 N-li avtomobil yolun kənarındaki su kanalına aşıb.
Hadisənin sürücünün ürək çatışmazlığından ölməsi səbəbindən baş verdiyi bildirilir.