Geri qayıt Çap et

Ürəyi dayanan sürücü maşınla kanala düşdü

Siyəzən rayonunda avtomobil su kanalına aşıb. 

DenMedia.az  lent.az-a istinadən xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb. 

Şabran rayon sakini 72 yaşlı Feyruz Qasımovun idarə etdiyi “VAZ-2107” markalı, 10 MU 248 N-li avtomobil yolun kənarındaki su kanalına aşıb.

Hadisənin sürücünün ürək çatışmazlığından ölməsi səbəbindən baş verdiyi bildirilir.