İran zərbələrindən sonra ABŞ bazasına dəymiş ziyanın məbləği açıqlandı
İranın Bəhreyndəki ABŞ hərbi bazasına endirdiyi zərbələr nəticəsində dəymiş ziyan təxminən 400 milyon dollar qiymətləndirilir. Bu barədə The Wall Street Journal məlumat yayıb.
Nəşrin yazdığına görə, İranın regiondakı ABŞ hərbi obyektlərinə hücumları nəticəsində ümumi ziyan analitiklər tərəfindən 2,2 milyard dollardan 5,1 milyard dollaradək qiymətləndirilir.
Qəzet qeyd edir ki, Pentaqon Bəhreyndəki bazanın yenidən təşkilini, həmçinin Küveyt və Səudiyyə Ərəbistanında ABŞ hərbi mövcudluğunun azaldılmasını nəzərdən keçirir. Bu səbəbdən dağıdılmış infrastrukturun bir hissəsi bərpa olunmaya bilər.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl Küveyt və Bəhreyndə ABŞ-ın əsas infrastruktur obyektlərinə cavab zərbələri endirdiyini açıqlamışdı.
SEPAH-ın bəyanatına görə, atəşkəs rejiminin pozulması İran-ABŞ memorandumu ilə ziddiyyət təşkil edir və diplomatik prosesin tamamilə dayanmasına səbəb ola bilər.
Qurum həmçinin ABŞ-ın İranın beş sahil postuna hücum etdiyini bildirib.