ÜST hantavirusla bağlı yeni qərar açıqladı
Ümumdünya Səhiyyə Təşkilatı hantavirus yayılması qeydə alınan “MV Hondius” kruiz gəmisinin sərnişinləri üçün 42 günlük karantin tövsiyə edib.
Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbir gəmidən təxliyə olunan şəxslərə aiddir və tibbi müşahidəni nəzərdə tutur.
Tedros Adhanom Gebreyesus qeyd edib ki, karantin həm tibb müəssisələrində, həm də ev şəraitində keçirilə bilər.
Onun sözlərinə görə, bu tövsiyələr məcburi xarakter daşımır və ölkələr risk qiymətləndirməsinə uyğun şəkildə müstəqil qərar verə bilərlər.