İran hökumətindən açıqlama: ölkədə qıtlıq riski yoxdur
İranın Yol və Şəhərsalma naziri Ferzane Sadıq ölkədə əsas tələbat mallarının təminatı ilə bağlı heç bir narahatlıq olmadığını bildirib.
Bu barədə ISNA xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, nazir Limanlar və Dənizçilik Təşkilatının rəsmiləri ilə görüş keçirib.
Sadıq çıxışında qeyd edib ki, ölkədə əsas ərzaq və tələbat məhsullarının təminatında problem yoxdur. O, həmçinin ölkənin cənub limanlarında yarana biləcək çətinliklərə qarşı şimal limanlarının imkanlarının artırılması və məhsul axınının sürətləndirilməsi üçün sərhəd-keçid məntəqələrinin tənzimlənməsi istiqamətində işlərin aparıldığını vurğulayıb.
Nazir əlavə edib ki, hökumət əsas tələbat mallarının təminatı üçün intensiv fəaliyyət göstərir və müharibə şəraitində əhalinin ehtiyat toplamaqdan çəkinməsi də bu prosesdə mühüm rol oynayır.