Tramp “vətənpərvər” adlandırdığı şəxsi ICE rəhbərliyinə namizəd göstərdi
ABŞ Prezidenti Donald Tramp Ləns Şroyeri ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) direktoru vəzifəsinə namizəd irəli sürdüyünü açıqlayıb.
Tramp qərarını elan etməkdən məmnun olduğunu bildirib və namizədin peşəkar keyfiyyətlərinə güvəndiyini vurğulayıb.
ABŞ prezidentinin sözlərinə görə, Şroyer hüquq-mühafizə sistemində böyük təcrübəyə malikdir. Tramp onu “vətənpərvər” adlandırıb və namizədin qanunsuz miqrasiya ilə mübarizə məsələlərinə yaxşı bələd olduğunu qeyd edib.
Ləns Şroyer 29 il ərzində Oklahoma ştatının hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Bundan əvvəl isə o, ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edib.
ICE direktoru vəzifəsi Todd Layonsun gedişindən sonra vakant qalıb. Qurumun əvvəlki rəhbəri vəzifəsini may ayında tərk edib.