Avropada məktəblərdə telefon qadağası dalğasına Polşa da qoşuldu
Polşada ibtidai məktəblərdə mobil telefon istifadəsinə məhdudiyyət gətirilməsi ilə bağlı qanun layihəsi təsdiqlənib.
Avropa ölkələrində məktəblərdə mobil telefon istifadəsinə dair məhdudiyyətlər gündəmdə qalarkən, bu istiqamətdə yeni addım Polşada atılıb.
Polşa hökumətinin məlumatına görə, dünən keçirilən Nazirlər Kabinetinin iclasında ibtidai məktəb şagirdlərinin mobil telefonlardan, eləcə də görüntü və səs yazısı apara bilən digər elektron cihazlardan məktəb binalarında və məktəbdənkənar təhsil fəaliyyətləri zamanı istifadə etməsini məhdudlaşdıran qanun layihəsi qəbul edilib.
Düzenləmənin Polşanın 8 illik əsas təhsil sistemində 1-ci sinifdən 8-ci sinfədək oxuyan şagirdləri əhatə edən dövlət və özəl məktəblərdə tətbiq olunacağı bildirilib.
Açıqlamada qeyd edilib ki, müəllimin icazəsi ilə dərs çərçivəsində edilən istifadə, sağlamlıq və ya əlillik səbəbilə verilən xüsusi icazələr, eləcə də fövqəladə hallar qadağadan istisna ediləcək.
Hökumətin təsdiqindən sonra qanun layihəsinin Polşa Parlamentinin aşağı palatası olan Seymdə müzakirəyə çıxarılacağı bildirilib.