Ağ Ev Trampın sağlamlığı ilə bağlı hansı hesabatı yaydı?
ABŞ Prezidenti Donald Trampın planlı tibbi müayinəsindən sonra həkim Şon Barbabella onun sağlamlığının möhkəm, koqnitiv vəziyyətinin isə əla olduğu qənaətinə gəlib.
Bu barədə Ağ Evin yaydığı planlı həkim hesabatında qeyd olunub. Məlumatı Reuters yayıb.
“Prezident Trampın sağlamlıq vəziyyəti əladır”, deyə prezidentin şəxsi həkiminin hesabatında bildirilib.
Həkimin sözlərinə görə, ABŞ liderinin bütün göstəriciləri, o cümlədən ağciyər və ürək fəaliyyəti normadadır.
Hesabatda qeyd olunub ki, bu göstəricilər Trampın ali baş komandan və dövlət başçısı vəzifələrini tam şəkildə yerinə yetirməyə qadir olduğunu göstərir.