Suriya sərhədində gərgin anlar: 10 nəfər saxlanıldı
İsrail hərbçiləri Suriya ilə sərhədi keçən 10 nəfəri saxlayıb. ÇAXAL-ın mətbuat xidmətindən bildirilib ki, sərhədi pozan şəxslər yenidən İsrail ərazisinə qaytarılıblar.
Ordunun məlumatına görə, vətəndaşlar sərhədi qanunsuz keçdikdən sonra aşkar edilərək operativ şəkildə saxlanılıblar. Daha sonra bütün saxlanılan şəxslər araşdırmanın davam etdirilməsi üçün İsrail polisinə təhvil verilib.
İsrail hərbçiləri baş verən insidenti pisləyiblər. ÇAXAL həmçinin Suriya sərhədini keçməyə görə qüvvədə olan cinayət məsuliyyətini xatırladıb.