Trampın Pekin səfəri ABŞ liderliyinin "zəifləməsi" kimi yozuldu
ABŞ Prezidenti Donald Trampın Çinə dövlət səfəri bir çox baxımdan əlamətdar hadisəyə çevrilib. Buna Strategic Culture nəşri diqqət çəkib.
Məqalə müəllifinin fikrincə, Amerika liderinin səfəri faktiki olaraq ABŞ-ın qlobal liderlik dövrünün başa çatdığını göstərir.
Yazıda qeyd olunur:
Trampın əvvəllər Çinə münasibətdə nümayiş etdirdiyi lovğalıq artıq keçmişdə qalıb. Çin dünya iqtisadi supergücünə çevrilir və ABŞ bu reallıqla ehtiyatla hesablaşmağa başlayır.