Marko Rubio Pekinə “Maduro obrazı”nda yola düşdü
ABŞ dövlət katibi Marko Rubio Pekinə Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun saxlanılmasından sonrakı obrazını xatırladan geyimdə yola düşüb. Fottonu Ağ Evin kommunikasiya direktoru Stiven Çunq X sosial şəbəkəsində yayımlayıb.
Şəkildə ABŞ dövlət katibi Air Force One təyyarəsinin göyərtəsində boz idman geyimində görüntülənib.
Yanvar ayında Venesuela Prezidenti Nikolas Maduronun saxlanılarkən geyindiyi Nike Tech Fleece idman dəstinin satışları onun həmin modeldə fotosu yayıldıqdan sonra kəskin artmışdı. Eyni zamanda geyimin qiyməti də üç dəfə bahalaşmışdı: adi 180 dollarlıq qiymət auksionlarda və ixtisaslaşmış platformalarda 500-1000 dollara qədər yüksəlmişdi.