Madyar hökumətin sözçüsü vəzifəsinə üç teleaparıcı təyin etdi
Macarıstanın baş naziri Peter Madyar hökumətin üç rəsmi nümayəndəsinin təyinatını açıqlayıb.
Yeni hökumətin mətbuat xidmətinə keçmiş teleaparıcı və jurnalistlər — Vanda Şondi, Eva Madyar və Anita Köbyol daxil edilib.
Macarıstanın yeni hökuməti media ilə tərəfdaş münasibətləri qurmaq niyyətindədir, — deyə Peter Madyar sosial şəbəkə hesabında bildirib.
O, hər üç nümayəndənin peşəkar təcrübəsini xüsusi vurğulayaraq qeyd edib ki, onlar “sual verməyi, dinləməyi, məlumatı yoxlamağı və cəmiyyəti məsuliyyətlə məlumatlandırmağı” öyrəniblər.