Netanyahu “İranla müharibə bitməyib” deyib, 3 hədəf sıraladı
Benyamin Netanyahu İranla müharibənin başa çatmadığını bildirib.
İsrail baş naziri ABŞ mediasına verdiyi müsahibədə deyib ki, İranın uranı zənginləşdirmə obyektləri tamamilə ləğv edilməlidir.
İranla müharibə bitməyib. Zənginləşdirmə obyektləri aradan qaldırılmalı və yüksək səviyyədə zənginləşdirilmiş uran məhv edilməlidir, — deyə o bildirib.
Netanyahu qeyd edib ki, hazırda ABŞ və İsrailin əsas məqsədləri:
- uran ehtiyatlarının və obyektlərin məhv edilməsi,
- İranın ballistik raket proqramının dayandırılması,
- İranın bölgədəki proksi qüvvələrinin zəiflədilməsidir.
Onun sözlərinə görə, İranın hərbi imkanları hələ də qalır.
Görüləcək çox iş var. Onların imkanlarını ciddi şəkildə zəiflətmiş olsaq da, İranın hələ də müxtəlif potensialı mövcuddur, — deyə İsrail baş naziri vurğulayıb.
Netanyahu həmçinin bildirib ki, zənginləşdirilmiş uranın ölkədən çıxarılması mümkündür və ABŞ prezidenti Donald Tramp da ona “ora getmək istədiyini” deyib.
Qeyd edək ki, daha əvvəl İran mediası Tehranın ABŞ-nin müharibənin dayandırılması ilə bağlı təklifinə Pakistan vasitəsilə cavab göndərdiyini yazmışdı.
Lakin Donald Tramp həmin cavabı bəyənmədiyini açıqlayıb.