Əbu-Dabidə beynəlxalq hava limanı yaxınlığında partlayış səsləri eşidilib.
Bu barədə Reuters agentliyi şahidə istinadən məlumat yayıb.
Bildirilir ki, Əbu-Dabidə Zayed Beynəlxalq Hava Limanı yaxınlığında bir neçə partlayış səsi eşidilib.
Hadisə ilə bağlı dağıntılar və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.