Geri qayıt Çap et

Reuters Əbu-Dabidə partlayışlar barədə məlumat yaydı

Əbu-Dabidə beynəlxalq hava limanı yaxınlığında partlayış səsləri eşidilib.

Bu barədə Reuters agentliyi şahidə istinadən məlumat yayıb.

Bildirilir ki, Əbu-Dabidə Zayed Beynəlxalq Hava Limanı yaxınlığında bir neçə partlayış səsi eşidilib.

Hadisə ilə bağlı dağıntılar və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Denmedia.az