İran XİN rəhbəri rəsmi ölüm statistikasını açıqladı
İranda baş verən iğtişaşlar nəticəsində üç mindən çox insan həlak olub.
Bu barədə X sosial şəbəkəsində ölkənin xarici işlər naziri Abbas Araqçi yazıb.
“Ümumi ölüm statistikası: 3 min 117 nəfər. Mülki şəxslər və təhlükəsizlik orqanlarının əməkdaşları: 2 min 427 nəfər. Terrorçular: 690 nəfər”, — deyə o yazıb.
Daha əvvəl İranın insan hüquqları təşkilatı HRANA bildirmişdi ki, İranda kütləvi etirazlar zamanı həlak olanların sayı 15 minə yaxınlaşır.