Geri qayıt Çap et

İran XİN rəhbəri rəsmi ölüm statistikasını açıqladı

İranda baş verən iğtişaşlar nəticəsində üç mindən çox insan həlak olub.

Bu barədə X sosial şəbəkəsində ölkənin xarici işlər naziri Abbas Araqçi yazıb.

“Ümumi ölüm statistikası: 3 min 117 nəfər. Mülki şəxslər və təhlükəsizlik orqanlarının əməkdaşları: 2 min 427 nəfər. Terrorçular: 690 nəfər”, — deyə o yazıb.

Daha əvvəl İranın insan hüquqları təşkilatı HRANA bildirmişdi ki, İranda  kütləvi etirazlar zamanı həlak olanların sayı 15 minə yaxınlaşır.

DenMedia.az