“Əsl düşmən budur” — Meloni Avropaya açıq mesaj verdi
İtaliyanın baş naziri Corcia Meloni bildirib ki, Avropa İttifaqının əsas düşməni onun qərar qəbul edə bilməməsidir. Bu barədə siyasətçi parlamentdə çıxışı zamanı danışıb.
“Şəxsən mən hesab edirəm ki, xəyali düşmənlərə qarşı ox atmaq faydasızdır, hətta bəlkə də zərərlidir. Çünki mübarizə aparmalı olduğumuz əsl düşmən bizim qərar qəbul edə bilməməyimiz və tənəzzül ideologiyasıdır”, — deyə Meloni vurğulayıb.
Onun sözlərinə görə, Avropa qitəsi “demoqrafik qışı” geri çevirmək gücündə deyil.